https://news.day.az/azerinews/1870707.html Sumqayıtda avtomobil yanıb - VİDEO Sumqayıtda minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Day.Az-a bildirilib ki, hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Sumqayıtda avtomobil yanıb - VİDEO

Azərbaycanca, 30 октября 2026 00:15 (UTC +04:00) 383
Sumqayıtda avtomobil yanıb

Sumqayıtda minik avtomobilində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Day.Az-a bildirilib ki, hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə şəhərin Nəriman Nərimanov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости