https://news.day.az/azerinews/1870715.html Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub Ağdam şəhərinə, Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.

Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub

Azərbaycanca, 30 октября 2026 08:05 (UTC +04:00) 307
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub

Ağdam şəhərinə, Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.

Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости