https://news.day.az/azerinews/1872801.html Bu 4 ət növünün istehlakında diqqətli olun! - XƏBƏRDARLIQ Mütəxəssislər bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibinə görə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər. Day.Az xəbər verir ki,  xüsusilə yağlı bifteklər (antrikot və ribeye), quzu əti, donuz qabırğası və emal olunmuş sosislərin həddindən artıq istehlakı tövsiyə edilmir.

Bu 4 ət növünün istehlakında diqqətli olun! - XƏBƏRDARLIQ

Azərbaycanca, 8 ноября 2026 04:20 (UTC +04:00) 155
Bu 4 ət növünün istehlakında diqqətli olun!

Mütəxəssislər bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibinə görə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirirlər.

Day.Az xəbər verir ki,  xüsusilə yağlı bifteklər (antrikot və ribeye), quzu əti, donuz qabırğası və emal olunmuş sosislərin həddindən artıq istehlakı tövsiyə edilmir.

Məlumata görə, bu məhsulların tərkibindəki doymuş yağlar qanda pis xolesterinin (LDL) səviyyəsini yüksəldə, emal olunmuş ətlərdəki yüksək duz miqdarı isə qan təzyiqinin artmasına səbəb ola bilər. Xüsusilə xolesterini və təzyiqi yüksək olan şəxslərin bu qidaların qəbuluna diqqət etməsi vacibdir.

Mütəxəssislər sağlam qidalanmaq üçün ətin yalnız zülal tərkibinə deyil, yağ və duz miqdarına da diqqət yetirməyi, yağsız ət növlərinə üstünlük verməyi və emal olunmuş məhsulların istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости