https://news.day.az/azerinews/1872946.html Hörmüzdə iki tanker minaya düşüb - SEPAH Biri Hörmüz boğazının şərqində, digəri isə boğazın daxilində olmaqla iki neft tankeri izləmə sistemlərini söndürərək boğazdan keçməyə cəhd edib. Bu zaman gəmilərdən hər ikisi minaya düşüb. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı yazılı bəyanatda bildirilir.

Hörmüzdə iki tanker minaya düşüb - SEPAH

Azərbaycanca, 8 ноября 2026 10:08 (UTC +04:00) 176
Hörmüzdə iki tanker minaya düşüb

Biri Hörmüz boğazının şərqində, digəri isə boğazın daxilində olmaqla iki neft tankeri izləmə sistemlərini söndürərək boğazdan keçməyə cəhd edib. Bu zaman gəmilərdən hər ikisi minaya düşüb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı yazılı bəyanatda bildirilir.

Bəyanatda hadisədən sonra gəmilərdə yanğın baş verdiyi və yanğının hələ də davam etdiyi qeyd olunub.

 

İran mətbuatı gəmilərin minaya düşməsi barədə məlumat yayılmazdan əvvəl Hörmüz boğazı yaxınlığındakı Qeşm adasında iki partlayış səsinin eşidildiyini bildirmişdi.

Adı açıqlanmayan iranlı rəsmi Qeşm adasında eşidilən partlayış səslərinin Hörmüz boğazı ilə əlaqəli olduğunu deyib.

Bundan əlavə, İran dövlət televiziyası partlayışların Hörmüz boğazındakı gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlərdən qaynaqlanmış ola biləcəyini qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости