https://news.day.az/azerinews/1873017.html Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk - FOTO Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür edib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesabında yayımlanan paylaşımda bildirilib.

Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk - FOTO

Azərbaycanca, 8 ноября 2026 13:15 (UTC +04:00) 301
Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr - Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir: "Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız əbədi dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu".

  • Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости