https://news.day.az/azerinews/1873576.html Bakıya sabah da yağış yağacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mülayim cənub-qərb küləyi əsəcək.

Bakıya sabah da yağış yağacaq

Azərbaycanca, 11 ноября 2026 12:38 (UTC +04:00) 275
Bakıya sabah da yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3-8° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости