https://news.day.az/azerinews/1873884.html
"Qırğızlarla özbəklərin arasında ədavət salmaq istəyirlər"
Qırğızıstanda seçkilər ərəfəsində ölkənin cənubunda qırğızlarla özbəklər arasında xalqlararası münaqişənin qızışdırılmasına cəhd edilə bilər. Day.Az xəbər verir ki, bu barədə prezident Sadır Japarovun mətbuat xidməti tərəfindən noyabrın 12-də dərc olunan müraciətində bildirilib.
"Qırğızlarla özbəklərin arasında ədavət salmaq istəyirlər"
Qırğızıstanda seçkilər ərəfəsində ölkənin cənubunda qırğızlarla özbəklər arasında xalqlararası münaqişənin qızışdırılmasına cəhd edilə bilər.
Day.Az xəbər verir ki, bu barədə prezident Sadır Japarovun mətbuat xidməti tərəfindən noyabrın 12-də dərc olunan müraciətində bildirilib.
"Özbəklərlə qırğızlar arasında münaqişəni qızışdırmaq üçün insanların hisslərinə təsir edən və onların milli qüruruna toxunan yalan şayiələr yaymaq kifayət edir", - deyə o qeyd edib.
Japarov vətəndaşları təxribatlara uymamağa və yoxlanılmamış məlumatları yaymamağa çağırıb. O, 1990 və 2010-cu illərdə baş vermiş faciəli hadisələri xatırladıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре