https://news.day.az/azerinews/1873931.html Azərbaycan və Tacikistan hərbçiləri PUA sahəsində təcrübə mübadiləsi aparıblar Azərbaycan və Tacikistan hərbçiləri arasında PUA bölmələrinin, ordu dronlarının və dron operatorlarının hazırlığı sahəsində təcrübə mübadiləsinə dair görüş keçirilib. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan və Tacikistan hərbçiləri PUA sahəsində təcrübə mübadiləsi aparıblar

Azərbaycanca, 12 ноября 2026 16:53 (UTC +04:00) 141
Azərbaycan və Tacikistan hərbçiləri PUA sahəsində təcrübə mübadiləsi aparıblar

Azərbaycan və Tacikistan hərbçiləri arasında PUA bölmələrinin, ordu dronlarının və dron operatorlarının hazırlığı sahəsində təcrübə mübadiləsinə dair görüş keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş iki ölkənin Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunub.

Qonaqlara Azərbaycan Ordusunun PUA sahəsində mövcud imkanları və perspektivləri barədə təqdimatlar nümayiş etdirilib. Vətən müharibəsi və sonrakı dövrlərdə keçirilən əməliyyatlar zamanı bu sahədə əldə olunan uğurlardan danışılıb.

Tərəflər müvafiq sahənin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости