https://news.day.az/azerinews/1874396.html Almaniyada əyləncə parkında kimyəvi sızma - Zəhərlənənlər var Almaniyanın qərbində yerləşən Brül şəhərindəki əyləncə və istirahət parkında azı 15 nəfər xlor qazından zəhərlənib. Day.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. İlkin məlumatlara görə, xlor sızmasına parkın ərazisində yerləşən hotelin hovuzunda baş vermiş texniki nasazlıq səbəb olub

Almaniyada əyləncə parkında kimyəvi sızma - Zəhərlənənlər var

Azərbaycanca, 14 ноября 2026 15:11 (UTC +04:00) 246
Almaniyada əyləncə parkında kimyəvi sızma

Almaniyanın qərbində yerləşən Brül şəhərindəki əyləncə və istirahət parkında azı 15 nəfər xlor qazından zəhərlənib.

Day.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, xlor sızmasına parkın ərazisində yerləşən hotelin hovuzunda baş vermiş texniki nasazlıq səbəb olub

Zərərçəkənlər tənəffüs yollarının qıcıqlanmasından və boğaz ağrısından şikayət ediblər. Dörd nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости