https://news.day.az/azerinews/1874770.html Səhər yeməyini qəhvə ilə əvəz edənləri hansı təhlükələr gözləyir? Rusiyalı həkim-endokrinoloq Viktoriya Sadovskaya səhər yeməyini yalnız qəhvə ilə əvəz etməyin bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu vərdiş narahatlıq hissini artıra və ürək döyüntüsünü sürətləndirə bilər.

Səhər yeməyini qəhvə ilə əvəz edənləri hansı təhlükələr gözləyir?

Azərbaycanca, 17 ноября 2026 02:14 (UTC +04:00) 398
Səhər yeməyini qəhvə ilə əvəz edənləri hansı təhlükələr gözləyir?

Rusiyalı həkim-endokrinoloq Viktoriya Sadovskaya səhər yeməyini yalnız qəhvə ilə əvəz etməyin bəzi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, bu vərdiş narahatlıq hissini artıra və ürək döyüntüsünü sürətləndirə bilər.

Mütəxəssis bildirib ki, bu təsirlər qəhvənin tərkibindəki kofeinin sinir sistemini stimullaşdırması ilə əlaqədardır. Bundan əlavə, qəhvə mədədə xlorid turşusunun ifrazını artırdığı üçün mədə yanmasına meyilli insanlarda bu şikayəti gücləndirə bilər.

Həkim vurğulayıb ki, səhər yeməyindən imtina etmək öz-özlüyündə maddələr mübadiləsini yavaşlatmır və çəki artımına səbəb olmur. Həmçinin acqarına qəhvə içməyin birbaşa qastrit və ya mədə xorasına yol açması fikri elmi baxımdan təsdiqlənmiş fakt deyil.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости