https://news.day.az/azerinews/1874945.html Almaniya XİN başçısı Azərbaycana gəlir - YENİLƏNİB Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohann Vadeful Azərbaycana səfər edəcək. Bu barədə Deutsche Welle məlumat yayıb. Y.Vadeful qeyd edib ki, Avropa Ermənistan və Azərbaycanla əlaqələrini daha da genişləndirməli, Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə verməlidir.

Almaniya XİN başçısı Azərbaycana gəlir - YENİLƏNİB

Azərbaycanca, 17 ноября 2026 14:33 (UTC +04:00) 347
Almaniya XİN başçısı Azərbaycana gəlir

Almaniyanın xarici işlər naziri İohann Vadeful Cənubi Qafqazda sülh prosesinin perspektivlərini və regionda gərginliyin azaldılması səylərinə dəstək imkanlarını müzakirə etmək məqsədilə Azərbaycana və Ermənistana səfər edəcək.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında çərşənbə axşamı dərc olunan bəyanatda bildirilib.

Almaniyanın XİN rəhbərinin sözlərinə görə, bu, onun xarici işlər naziri kimi hər iki ölkəyə ilk səfəri olacaq. İ.Vadeful regiona səfəri çərçivəsində Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində növbəti addımları müzakirə etmək niyyətindədir.

O qeyd edib ki, Berlin Azərbaycan və Ermənistanı mühüm tərəfdaşlar hesab edir və ötən il hər iki ölkə ilə razılaşdırılmış strateji gündəliklərin praktiki icrasına başlamaq niyyətindədir.

İ.Vadeful həmçinin vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması və sərhədlərin açılması Avropa ilə Asiya arasında ticarətin, enerji əməkdaşlığının və nəqliyyat əlaqələrinin inkişafı üçün yeni imkanlar yarada bilər.

---------
13:14

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohann Vadeful Azərbaycana səfər edəcək.

Bu barədə Deutsche Welle məlumat yayıb.

Y.Vadeful qeyd edib ki, Avropa Ermənistan və Azərbaycanla əlaqələrini daha da genişləndirməli, Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə verməlidir.

Nazir bu münaqişənin sülh yolu ilə həlli perspektivi olan azsaylı münaqişələrdən biri olduğunu qeyd edib.

"İki ölkə arasında sülh sazişinin imzalanmasına öz töhfəmi vermək istəyirəm", - deyə Y.Vadeful bildirib.

Almaniya XİN rəhbəri hesab edir ki, onilliklər davam edən qarşıdurmadan sonra belə bir razılaşmanın əldə olunması Avropa regionunda sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.

 

Y.Vadeful Azərbaycanla iqtisadi əlaqələrin inkişafına da xüsusi diqqət yetirəcəyini bildirib.

O, Azərbaycanın Almaniya və digər Avropa ölkələri üçün enerji resurslarının tədarükünün şaxələndirilməsində mühüm tərəfdaş olduğunu vurğulayıb.

"Biz Azərbaycandan etibarlı şəkildə qaz və neft alırıq. Bu, Almaniyaya və digər Avropa ölkələrinə aiddir", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bu tədarüklərin sabitliyini təmin etmək və enerji resurslarının tədarükçülərinin dairəsini genişləndirmək vacibdir.

Almaniya XİN rəhbəri Cənubi Qafqaz ölkələri ilə Avropa dövlətləri arasında daha sıx iqtisadi əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsini səfərinin əsas məqsədlərindən biri kimi göstərib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости