ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarının həyata keçirilməsi üçün azı 265 milyon dollar vəsait ayrılmasını tövsiyə edib.
Bu barədə ABŞ Senatının rəsmi saytında dərc olunan 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat sənədində məlumat verilib.
Sənəddə bildirilir ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionundakı ada dövlətlərində adi silahların məhv edilməsi, minalardan təmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan (PHS) zərərsizləşdirilməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını məqsədəuyğun hesab edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре