Tramp Si Cinpinlə ikitərəfli görüş keçirib
ABŞ Prezidenti Donald Tramp Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çinin Sədri Si Cinpinlə görüşüb.
Day.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Liderlərin hər ikisi söhbət edərək otağa daxil olublar. Onlar ABŞ və Çin bayraqlarının hərəsindən üç olmaqla, ümumilikdə altı bayraq qarşısında foto çəkdirmək üçün qısa müddətə dayanıb. Proqrama uyğun olaraq, növbəti mərhələdə ikitərəfli görüş keçiriləcək", - deyə paylaşımda bildirilib.
"Reuters" agentliyinin məlumatına görə, Tramp səmimi qarşılanmaya görə çinli həmkarına təşəkkür edib. O, həmçinin Çin Sədrini dostu adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Şençjendə ikitərəfli görüş keçiriblər. İki liderin danışıqları təxminən bir saat davam edib. Görüşün yekunlarına dair onlar mətbuat üçün birgə bəyanatla çıxış etməyiblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре