https://news.day.az/azerinews/1875583.html Pakistanda dəhşətli qəza - 10 nəfər ölüb Pakistanın cənub-qərbində sərnişin avtobusu ilə mayeləşdirilmiş neft qazı (LPG) daşıyan yanacaq çəninin toqquşması nəticəsində azı 10 nəfər, o cümlədən bir qadın və uşaq həlak olub. Day.Az xəbər verir ki, bu barədə DAWN yerli polis rəsmilərinə istinadən məlumat yayıb.

Pakistanda dəhşətli qəza - 10 nəfər ölüb

Azərbaycanca, 19 ноября 2026 15:11 (UTC +04:00) 192
Pakistanda dəhşətli qəza

Pakistanın cənub-qərbində sərnişin avtobusu ilə mayeləşdirilmiş neft qazı (LPG) daşıyan yanacaq çəninin toqquşması nəticəsində azı 10 nəfər, o cümlədən bir qadın və uşaq həlak olub.

Day.Az xəbər verir ki, bu barədə DAWN yerli polis rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Turbat şəhərindən Karaçiyə hərəkət edən avtobus Makran sahil avtomobil yolunda, Ormara rayonunun Basol yaşayış məntəqəsi yaxınlığında mayeləşdirilmiş neft qazı daşıyan çənlə toqquşub.

Toqquşma nəticəsində yanğın baş verib və alov qısa müddətdə hər iki nəqliyyat vasitəsini bürüyərək sərnişinlərin avtobusda əlacsız vəziyyətdə qalmasına səbəb olub. Ölənlərdən savayı, bir neçə nəfər yanıq xəsarətləri alıb.

Hadisə yerinə xilasedicilər, yol polisi əməkdaşları və yerli administrasiyanın nümayəndələri cəlb olunub. Xəsarət alanlar Ormara tibb mərkəzinə çatdırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости