https://news.day.az/azerinews/1875821.html
Sabir Zeynalov dünya çempionu oldu
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub. Day.Az xəbər verir ki, idmançımız Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medala layiq görülüb.
Sabir Zeynalov dünya çempionu oldu
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.
Day.Az xəbər verir ki, idmançımız Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medala layiq görülüb.
K44 kateqoriyası üzrə 58 kiloqram çəkidə mübarizə aparan idmançımız 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.
20 yaşlı paralimpiyaçımız həlledici döyüşdə son Paralimpiya çempionu, Asaf Yasuru (İsrail) məğlub edərək dünya çempionu tituluna yiyələnib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре