https://news.day.az/azerinews/1876032.html Tramp yaxın silahdaşına prezidentliyə namizəd olmağı təklif edib Tramp Ağ Evin aparat rəhbəri Stiven Millerə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib. RBK-nın məlumatına görə, bu barədə Donald Tramp Evdə keçirilən brifinqdə təkliflə çıxış edib. "Hazırda bu otaqda dünyanın ən qüdrətli şəxsi - aparat rəhbəri Stiven Miller də var...

Tramp yaxın silahdaşına prezidentliyə namizəd olmağı təklif edib

Azərbaycanca, 21 ноября 2026 11:27 (UTC +04:00) 259
Tramp yaxın silahdaşına prezidentliyə namizəd olmağı təklif edib

Tramp Ağ Evin aparat rəhbəri Stiven Millerə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib.

RBK-nın məlumatına görə, bu barədə Donald Tramp Evdə keçirilən brifinqdə təkliflə çıxış edib.

"Hazırda bu otaqda dünyanın ən qüdrətli şəxsi - aparat rəhbəri Stiven Miller də var... O bu iki nəfərdən daha yaxşıdır", - deyə Tramp yanında dayanan ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensə işarə edərək bildirib.

 

Daha sonra o, Millerə müraciət edərək soruşub: "Prezidentliyə namizəd olmaq istəmirsən?"

Qeyd edək ki, Stiven Miller Donald Trampın ən yaxın silahdaşlarından biri və onun sərt immiqrasiya siyasətinin əsas müəlliflərindəndir. O, daha əvvəl Ağ Ev aparat rəhbərinin müavini və milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifələrində çalışıb, həmçinin qeyri-qanuni miqrantların kütləvi deportasiyasının təşkilində mühüm rol oynayıb.

Noyabrın 6-da ABŞ Prezidenti Milleri Ağ Evin aparat rəhbəri təyin edib. O, bu vəzifədə siyasi şöbəyə keçən Syuzi Uaylsı əvəzləyib. Kadr dəyişiklikləri demokratların qalib gəldiyi aralıq seçkilərdən bir neçə gün sonra baş verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости