https://news.day.az/azerinews/1876486.html Əlillik almaq üçün bu tələb ləğv olundu Əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Əlillik almaq üçün bu tələb ləğv olundu

Azərbaycanca, 23 ноября 2026 16:01 (UTC +04:00) 249
Əlillik almaq üçün bu tələb ləğv olundu

Əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, indiyədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-sosial ekspert komissiyasının qərarında vətəndaşın sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş də yer alırdı.

Yeni qərarla artıq bu tələb aradan qaldırılıb.

Beləliklə, bundan sonra tibbi-sosial ekspert komissiyasının qərarında sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş tələb olunmayacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости