https://news.day.az/azerinews/1876579.html Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub - FOTO Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub - FOTO

Azərbaycanca, 23 ноября 2026 21:48 (UTC +04:00) 360
Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kvadratmetr olan kürsülü ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək bitişik yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi 150 kvadratmetr sahədə, dam örtüyü və pilləkən qəfəsi yanıb.

Fərdi yaşayış evinin birinci mərtəbəsi və bitişik yerləşən tikililər yanğından mühafizə edilib.

Xəsarət alan olmayıb.

  • Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости