https://news.day.az/azerinews/1876923.html Özcan Deniz də saxlanıldı Türkiyəli müğənni və aktyor Özcan Deniz İstanbulda məşhurlara qarşı narkotik və insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Özcan Deniz də saxlanıldı

Azərbaycanca, 25 ноября 2026 10:23 (UTC +04:00) 124
Özcan Deniz də saxlanıldı

Türkiyəli müğənni və aktyor Özcan Deniz İstanbulda məşhurlara qarşı narkotik və insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Keçirilən əməliyyatlar nəticəsində 19 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Özcan Denizlə yanaşı, aktrisa Deniz Çakır, Burcu Özberk və aparıcı Murat Başoğlu da var.

İstintaq narkotik vasitələrin qanunsuz dövriyyəsi, təmin edilməsi, istifadəsi və saxlanılması, eləcə də insan alveri bağlı ittihamları əhatə edir.

Baş Prokurorluğun məlumatına görə, qərar şübhəlilərin izahatları, şahid və gizli şahid ifadələri, habelə mobil telefonlar və digər rəqəmsal materiallar üzərində aparılmış ekspertiza araşdırmalarının nəticələri əsasında verilib.

İstintaq bütün istiqamətlər üzrə davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости