https://news.day.az/azerinews/1876998.html Tramp özbək ustaların məharətinə valeh olub - FOTO ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək inşaatçılara ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə Vaşinqtonda inşa edilən möhtəşəm taxta külafirəngi (köşk) görə təşəkkür edib. Day.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

Tramp özbək ustaların məharətinə valeh olub - FOTO

Azərbaycanca, 25 ноября 2026 14:25 (UTC +04:00) 134
Tramp özbək ustaların məharətinə valeh olub

ABŞ Prezidenti Donald Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək inşaatçılara ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə Vaşinqtonda inşa edilən möhtəşəm taxta külafirəngi (köşk) görə təşəkkür edib.

Day.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Özbək ustalar ailələrini bir neçə ay müddətinə Özbəkistanda qoyaraq, çətin hava şəraitində 200 illik dağ qoz ağacından bu köşkləri məharətlə inşa ediblər. Onlar əsl istedada malik idilər!" - deyə Tramp qeyd edib.

ABŞ lideri, həmçinin köşklərin ictimai istifadəyə veriləcəyini bildirib. Onlar Vaşinqtonun mərkəzində, Cefferson Memorialının yaxınlığında yerləşdiriləcək. Tramp gələcəkdə bu köşklərin evlilik təklifi etmək istəyənlər üçün populyar məkana çevriləcəyinə ümid etdiyini vurğulayıb.

  • Tramp özbək ustaların məharətinə valeh olub
  • Tramp özbək ustaların məharətinə valeh olub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости