Əli Əsədov Boçorişvili ilə görüşüb - VİDEO
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.
Day.Az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi vurğulanıb.
Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirilib.
Tərəflər ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçiriblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре