https://news.day.az/azerinews/1877028.html Paşinyanın partiyasının üzvlüyünə mane olan üç səbəb açıqlanıb - KİV Ermənistanda son dövrlərdə baş verən rezonans doğuran hadisələr hakim "Mülki Müqavilə" partiyasının Avropa Xalq Partiyasına (AXP) üzvlük prosesini çətinləşdirib. Day.Az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Paşinyanın partiyasının üzvlüyünə mane olan üç səbəb açıqlanıb - KİV

Azərbaycanca, 25 ноября 2026 14:50 (UTC +04:00) 143
Paşinyanın partiyasının üzvlüyünə mane olan üç səbəb açıqlanıb

Ermənistanda son dövrlərdə baş verən rezonans doğuran hadisələr hakim "Mülki Müqavilə" partiyasının Avropa Xalq Partiyasına (AXP) üzvlük prosesini çətinləşdirib.

Day.Az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, "Mülki Müqavilə" partiyasının AXP-yə üzvlüklə bağlı müraciəti artıq təxminən bir ildir ki, qərarsız qalır.

Qəzet üzvlük prosesini çətinləşdirən hallar sırasında aşağıdakı hadisələri qeyd edib:

Ermənistan parlamentində vitse-spiker Vaan Aleksanyanın iştirakı ilə baş verən və beynəlxalq mediada geniş işıqlandırılan dava; Stepanavan icmasının rəhbəri vəzifəsinə müxalifətdən namizəd olan Arsen Gevorkyanın istintaq təcridxanasında vəfat etməsi; Baş nazir Nikol Paşinyanla jurnalist Hripsime Cebecyan arasında baş verən insident.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости