https://news.day.az/azerinews/1877127.html ABŞ Çin və daha 13 iqtisadiyyata yeni rüsumlar tətbiq edə bilər ABŞ Çin, Avropa İttifaqı (Aİ) və daha 12 iqtisadiyyata qarşı yeni gömrük rüsumları tətbiq etməyi təklif edib. Bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn bəyanatında bildirilib.

ABŞ Çin və daha 13 iqtisadiyyata yeni rüsumlar tətbiq edə bilər

Azərbaycanca, 25 ноября 2026 19:24 (UTC +04:00) 165
ABŞ Çin və daha 13 iqtisadiyyata yeni rüsumlar tətbiq edə bilər

ABŞ Çin, Avropa İttifaqı (Aİ) və daha 12 iqtisadiyyata qarşı yeni gömrük rüsumları tətbiq etməyi təklif edib.

Bu barədə ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qririn bəyanatında bildirilib.

Təklif ABŞ-nin ticarət tərəfdaşlarında həddindən artıq istehsal güclərinin müəyyənləşdirilməsi məqsədilə aparılan araşdırmanın nəticələrinə əsaslanır. Araşdırmaya 2026-cı ilin martında başlanılıb.

"Axios" portalının məlumatına görə, yeni rüsumların dərəcəsi 20 faizə qədər ola bilər. ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, rüsumlar əsasən müəyyən məhsul kateqoriyalarına şamil ediləcək və artıq qüvvədə olan tariflərlə cəmlənməyəcək. Ticarət danışıqları uğursuz olarsa, Çinə tətbiq ediləcək rüsumların dərəcəsi 40 faizə qədər artırıla bilər.

 

Yeni rüsumların Çin və Aİ ilə yanaşı, Banqladeş, Kamboca, Hindistan, İndoneziya, Yaponiya, Cənubi Koreya, Malayziya, Sinqapur, İsveçrə, Tailand və Vyetnama da şamil edilməsi təklif olunur. Tayvana qarşı da məhdudlaşdırıcı tədbirlər nəzərdə tutula bilər.

"Axios"un mənbəsinin məlumatına görə, təklif ictimai müzakirəyə çıxarılıb. Müzakirələrin nəticəsindən asılı olaraq, yeni rüsumlar 2027-ci ilin yanvarında qüvvəyə minə bilər.

Qeyd edək ki, Çin Ticarət Nazirliyi oktyabrda ABŞ-nin həddindən artıq istehsal güclərinə qarşı mübarizə bəhanəsi ilə beynəlxalq təchizat zəncirlərini pozmağa cəhd edəcəyi təqdirdə cavab tədbirləri görəcəyini bəyan edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости