https://news.day.az/azerinews/1877676.html Sədərək və Binə Ticarət Mərkəzi bağlanır? Yataqxana iddiası ilə bağlı açıqlama VERİLDİ - VİDEO Son günlər Sədərək və Binə ticarət mərkəzlərinin bağlanacağı, ərazilərində isə universitet və tələbə yataqxanalarından ibarət kompleksin tikiləcəyi ilə bağlı məlumatlar yayılıb. Lakin ticarət mərkəzlərinin rəhbərliyi bu iddiaları təkzib edib.

Sədərək və Binə Ticarət Mərkəzi bağlanır? Yataqxana iddiası ilə bağlı açıqlama VERİLDİ - VİDEO

Azərbaycanca, 27 ноября 2026 17:24 (UTC +04:00) 110
Sədərək və Binə Ticarət Mərkəzi bağlanır?

Son günlər Sədərək və Binə ticarət mərkəzlərinin bağlanacağı, ərazilərində isə universitet və tələbə yataqxanalarından ibarət kompleksin tikiləcəyi ilə bağlı məlumatlar yayılıb. Lakin ticarət mərkəzlərinin rəhbərliyi bu iddiaları təkzib edib.

Day.Az-ın məlumatına görə, Sədərək Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimi bildirib ki, bazarın bağlanması və ya köçürülməsi ilə bağlı hər hansı məsələ gündəmdə deyil.

Satıcıların sözlərinə görə, son illər onlayn alış-verişin geniş yayılması ənənəvi ticarətə ciddi təsir göstərib. Alıcıların azalması səbəbindən satışlar zəifləyib, bir çox sahibkar kirayə haqqını ödəyə bilmədiyi üçün bazarı tərk edib. Bəzi satıcılar əvvəlki illərlə müqayisədə satışların təxminən 25 faiz azaldığını bildirirlər.

Beləliklə, Sədərək Ticarət Mərkəzinin bağlanacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda mərkəz fəaliyyətini davam etdirir. Bazarda müşahidə olunan boşluğun əsas səbəbi isə onlayn ticarətin genişlənməsi, alıcı axınının azalması və ənənəvi satışların zəifləməsidir.

Ətraflı "Space TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости