Azərbaycanın MDB-yə sədrlik edəcəyi tarix açıqlandı
Azərbaycan ilk dəfə olaraq 2028-ci ildə MDB-yə (Müstəqil Dövlətlər Birliyi) sədrlik edəcək.
Rusiya KİV-də yayılan məlumata görə, bunu MDB-nin baş katibi Sergey Lebedev Moskvada MDB İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
2027-ci ildə Azərbaycan MDB-də həmsədr olacaq, 2028-ci ildə isə ilk dəfə Birliyə sədrlik edəcək.
S.Lebedevin sözlərinə görə, əvvəllər Azərbaycan və Ermənistan iki ölkə arasında mövcud olan fikir ayrılıqlarına görə MDB-yə sədrlik üçün öz namizədlərini irəli sürməyiblər.
S.Lebedev, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın sədrliyindən sonra, 2029-cu ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirdiyini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре