https://news.day.az/azerinews/731521.html Mikayılın verilişlərinə görə XƏBƏRDARLIQ

Mikayılın verilişlərinə görə XƏBƏRDARLIQ

Azərbaycanca, 23 декабря 2015 18:08 (UTC +04:00) 987
Mikayılın verilişlərinə görə

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
MTRŞ-dən axşam.az-a daxil olan məlumata görə, iclasda "Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. 

"Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq "Space" televiziyasına xəbərdarlıq elan edilib.

Qeyd edək ki, hər iki proqramın aparıcısı Mikayıl Güləddinoğludur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости