Əbülfəs Qarayev hotellərdəki yerlərin sifarişindən danışdı
Day.Az представляет новость на азербайджанском языке
Yeni il bayramı günləri üçün Azərbaycanın turizm regionlarındakı hotellərdə yerlərin 70-75, bəzi yerlərdə isə hətta 90 faizi artıq sifariş olunub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, bu göstəricilər Azərbaycan vətəndaşlarının Yeni ili, əsasən, öz vətənlərində keçirəcəyini göstərir.
Ə.Qarayevin sözlərinə görə, hələlik süni qiymət artımına yol verilməməsinə çalışırlar:
"Sözsüz ki, manatın devalvasiyasının qiymətlərə təsiri olacaq. Amma bu təsirin tənzimlənməsi daxili bazardan asılıdır. Əgər bazarda qida məhsullarının qiyməti qalxacaqsa, sözsüz ki, hoteldə də qiymət artmalıdır, artmayacaqsa, hoteldə də qiymət artmayacaq. Bunlar bir-birinə bağlıdır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре