ATƏT PA-da nümayəndə heyətimizin tərkibi dəyişdirilir

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik olacaq.

Nümayəndə heyətinin hazırkı rəhbəri, Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova APA-ya bildirib ki, nümayəndə heyəti üzvlərinin yarısının dəyişdirilməsi gözlənilir.
 
Bu ayın ortasına kimi MM sədri Oqtay Əsədov tərəfindən ATƏT PA-ya bununla bağlı məktub ünvanlanacağını deyən B.Muradova qeyd edib ki, yeni tərkib rəhbərlik tərəfindən təsdiqlənib, məktub göndərildikdən sonra açıqlanacaq. 
 
Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti 6 deputatdan ibarətdir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.