Azad edilən yüksəklikdən görüntülər

Day.Az представляет новость на азербайджанском языке

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri düşmən işğalından azad olunan Lalə İlahi Təpə - yəni  Lələ Təpə yüksəkliyində olub.

Day.Az anspress-ə istinadən bildirir ki, hazırda Azərbaycan bayrağının dalğalandığı bu yüksəkliyin ələ keçirilməsi Horadiz və onun ətrafındakı kəndlərin ordumuz tərəfindən tam nəzarətdə saxlanması deməkdir.  

Videonu izləmək üçün şəkilə klikləyin.

Azad edilən yüksəklik

Silahlı Qüvvələrin rəsmisi Elçin Kərimov bildirib ki, Azərbaycanın ordusunda əhval-ruhiyyə yüksək səviyyədədir. "Hazırda əsgərlərimizin döyüş ruhu yüksəkdir. Bu yüksək əhval-ruhiyyə xalqımızda da hiss olunur. Bütün prosesləri izləyirik. Bu, bizim xalqımızın, prezident İlham Əliyevin qətiyyətidir, biz bu gücü düşmənə göstəririk", - deyən Elçin Kərimov xalqımıza daim qələbə sevinci yaşamağı arzu edib. 

ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Rahib Qərib isə Ağdamın Sarıcalı kənd sakinləri ilə görüşüb, ermənilərin atdığı mərmilər nəticəsində yararsız hala düşmüş evlər və məktəbdə olub. Düşən mərmilərdən biri partlamadığı üçün kənd sakinləri onu lentlərlə mühasirəyə alıblar. 

Kənd sakinləri evlərinin dağılmasına baxmayaraq normal həyatın davam etdiyini və heç kimin kəndi tərk etmədiyini söyləyiblər. "Hazırda uşaqlar məktəblərdə öz sinif otaqlarında dərslərinə davam edirlər. Gördüyünüz kimi bağçalar da öz fəaliyyətini davam etdirir", - deyə kənd sakinləri bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Ağdamın Sarıcalı kəndində dağılmış evlər