Sarqsyan qisas almağa hazırlaşır

Day.Az представляет новость на азербайджанском языке.

"Ermənistan hazırda ağır durumdadır. Düşmən bu durumdan çıxmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır".

Day.Az bildirir ki, bunu azvision.az-a hərbi ekspert Üzeyir Cəfərov son günlər cəbhə bölgəsində ermənilərin yenidən aktivləşməsinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, aprel döyüşlərindən sonra çətin durumda olan ermənilər bu müddət ərzində xeyli canlı qüvvə və texnikanı döyüş bölgəsinə cəmləşdiriblər:

"Sözsüz ki, bu, tək erməni ağlının məhsulu deyil. Onların bu işdə dəstəkçiləri var. Ermənilər cəbhə xəttində hər gün itki verməklərinə baxmayaraq, təxribatdan əl çəkmirlər. 

Ermənistan rəhbərliyi xalq içində öz imicini yüksəltmək niyyətindədir. Bu baxımdan cəbhədə vəziyyəti gərginləşdirib, gündəmə gəlmək istəyirlər. Düşmənin əsas məqsədi ordumuz tərəfindən işğaldan azad edilən strateji yüksəklikləri geri almaqdır. Bu hazırki durumda mümkün deyil. Silahlı qüvvələrimiz həmin yüksəkliklərdə möhkəmlənib, oradan düşmənin istənilən hücumunun qarşısını almaq mümkündür. 

Ermənistan tərəfi guya deyir ki, həmin yerlər onlar üçün mühüm əhəmiyyət kəsb etmirdi. Öz vətəndaşlarını sakitləşdirmək üçün bu cür yalanlar danışırlar. Amma sual olunur ki, həmin ərazilər mühüm əhəmiyyət kəsb etmirdisə, orada nə işiniz var idi? Biz həmin yerlərin nə qədər əhəmiyyətli olduğunu çox yaxşı bilirik". 

Ü.Cəfərov hazırda Sarkisyanın vəziyyətinin heç də yaxşı olmadığını deyib. Ekspert qeyd edib ki, bu baxımdan düşmən qisas məqsədilə hücuma hazırlaşır.

"Ermənistan ağır məğlubiyyətdən sonra özünə gələ bilmir. Onlar qisas almaq istəyirlər. Düşmən tərəfi təxribatdan əl çəkməsə, daha çox itki verəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.