General Kərim Vəliyev: "İnşallah, qalib gələcəyik"

Day.Az представляет новость на азербайджанском языке

"Cəbhədə təxribatı kimin törətdiyi hər kəsə məlumdur. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını almaq və düşmənə layiqli cavab vermək üçün bütün lazımı tədbirləri görür". 

Day.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
 
Cəbhədə vəziyyətin nəzarət altında olduğunu söyləyən nazir müavini Azərbaycan Silahlı Qüvvələrinin xidmətini layiqincə davam etdirdiyini qeyd edib.
 
V Moskva Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakının önəmindən danışan K. Vəliyev konfransın mövzusunun vacibliyini diqqətə çatdırıb: "Beynəlxalq terrorçuluqla mübarizə bu gün dünya üçün çox vacibdir. Terror təhlükəsi bizim regionda da mövcuddur. Buna misal olaraq qonşumuzdan olan təhdidi göstərmək olar. Biz real terror təhlükəsi ilə üz-üzəyik, müharibə vəziyyətdəyik. İnşallah, qalib gələcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.