https://news.day.az/azerinews/775143.html Ağdamda həlak olan Qarabağ qazisinin FOTOSU - YENİLƏNİB

Ağdamda həlak olan Qarabağ qazisinin FOTOSU - YENİLƏNİB

Azərbaycanca, 28 апреля 2016 13:36 (UTC +04:00) 1 936
Ağdamda həlak olan Qarabağ qazisinin

Day.Az представляет новость на азербайджанском языке

----------
13:36

Ötən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində həlak olan mülki vətəndaş, rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu dəfn edilib.

Bu barədə Trend-ə Ağdam Rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, mərhumun dəfn mərasimi Çəmənli kəndində keçirilib.

---------
11:08

Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, 8 mülki şəxsi isə yaralanıb.

Day.Az bildirir ki, Ağdamın Çəmənli kəndinin bələdiyyə sədri Pənah Hüseynov azvision.az-a açıqlamasında deyib ki, düşmən təxribatı nəticəsində həlak olan kənd sakini Famil Əli oğlu Mustafayev birinci Qarabağ müharibəsinin veteranı olub.

"1966-cı il təvəllüdlü Famil Mustafayev Qarabağ döyüşlərində iştirak edib, qazidir. Familin 3 övladı var. Hazırda mərhumla dəfn mərasimi keçirilir".

Qeyd edək ki, ermənilərin açdığı atəş nəticəsində yaralanan mülki şəxslərdən ikisinin vəziyyəti ağırdır. Onlar 1966-cı il təvəllüdlü, Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü, Əfəndili kənd sakini Məmmədov Elnurdur. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Ağdamda həlak olan Qarabağ qazisinin
  • Ağdamda həlak olan Qarabağ qazisinin
  • Ağdamda həlak olan Qarabağ qazisinin
  • Ağdamda həlak olan Qarabağ qazisinin
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости