"Ermənilər mülki əhalini hədəf alıblar"

Day.Az представляет новость на азербайджанском языке

Ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıblar.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub: "Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.