"Ermənilər cəbhə bölgəsindəki təhsil müəssisələrimizə ciddi ziyan vurublar"

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistan ordusu cəbhə xəttinə yaxın ərazilərdəki təhsil müəssisələrini də atəşə tutur".

Day.Az bildirir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda deyilib ki, aprelin 27-dən 28-nə keçən gecə cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin işğalçı Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində Azərbaycanın bir sıra təhsil müəssisələrinə də ciddi zərər dəyib.
 
Ümumilikdə, işğalçı Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində cəbhə xəttində yerləşən bölgələrin ümumi təhsil müəssisələrində tədris prosesi pozulub.
 
Təhsil Nazirliyi işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.