İslam Kərimov vəfat etdi

Özbəkistan Prezidenti İslam Kərimov vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, insult keçirən dövlət başçısı ötən şənbə günü xəstəxanaya yerləşdirilmişdi.

İ.Kərimov 1938-ci il yanvarın 30-da Səmərqənddə anadan olub. 1991-ci ildə Özbəkistanın müstəqilliyi elan olunandan ölkənin prezidenti olub.

Sovet dövründə 1989-1991-ci illərdə Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb.