Ən aktiv seçki dairəsi məlum oldu

Day.Az представляет новость на азербайджанском языке

-----------
20:50

Azərbaycanda keçirilən referendumda saat 19:00-a olan ən aktiv seçki dairəsinin adı açıqlanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, ən aktiv seçki dairəsi 75 Saylı Lənkəran Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30 493-ü səs verib. Bu isə qeyd olunan dairədə 78.89 faiz seçici fəallığı deməkdir.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendumda səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə yekunlaşıb.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı təqribən 53 min nəfər olub.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb.

----------
13:38

Azərbaycanda keçirilən referendumda saat 12:00-a olan ən aktiv seçki dairəsinin adı açıqlanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiriFərid Orucov bildirib ki, ən aktiv seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir: "Burada 49 374 seçicidən 21 305-i artıq səs verib. Bu isə qeyd olunan dairədə 19,59 faiz seçici fəallığı deməkdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.