https://news.day.az/azerinews/825164.html ELS "exit-poll"un nəticələrini açıqladı

ELS "exit-poll"un nəticələrini açıqladı

Azərbaycanca, 26 сентября 2016 19:56 (UTC +04:00) 1 044
ELS "exit-poll"un nəticələrini açıqladı

Day.Az представляет новость на азербайджанском языке

ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda səs verən seçicilər arasında apardığı "exit-poll"un nəticələrini açıqlayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, mərkəzin rəhbəri İradə Yaqubova mətbuat konfransında bildirib ki, "exit-poll" 118 seçki dairəsində 400 seçki məntəqəsində keçirilib.

Onun sözlərinə görə, gün ərzində intervüerlər saat 10:00, 13:00, 16:00, 18:00-də məlumatları Mərkəzin qərargahında telefon operatorlarına ötürülüb.

Qeyd edək ki, ELS-in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunub.

İ.Yaqubova bildirib ki, səhər saat 08:00-dan 18:00-dək səsvrmə prosesində "exit-poll" keçirilib. Nəticəyə görə seçicilərin 65,1 faizi seçkidə iştirak edib. 4,2 faiz isə "exit-poll"da iştirakdan imtina edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости