"Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də öz prezidentini dəstəklədi"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm bir hadisə olan Referendum uğurla başa çatdı. Referendumda xalq yüksək  fəallıq nümayiş etdirdi. İlkin nəticələrə görə referendumda iştirak edenlərin tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə irəli sürülən Konstitusiyaya təklif edilən dəyişikliklərə hə dedi.

Day.Az bildirir ki, bunu açıqlamasında Millət vəkili, Milli Məclisin "Əmək və Sosial Siyasət komitəsi"nin sədr müavini Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də öz prezidentini dəstəklədi: "Azərbaycanı istəməyən Beynəlxalq qüvvələrin təziqlərinə cavab olaraq Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdiyini , tam şəkildə onu dəstəklədiyini növbəti dəfə nümaiş etdirdi.

Möhtərəm Prezidentimiz həmişə qeyd edirki Azərbaycanda aparılan siysasət sosialyönümlü  siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətandaşı durur. Azərbaycan xalqı bu siyasətə cavab olaraq həmişə olduğu kimi bu dəfə də öz prezidentini dəstəklədi və bir daha sübut olundu ki Azərbaycan xalqı öz Prezidenti ilə birdir.

Xalq dövlət başçısının başladığı və uğurla davam etdirdiyi Azərbaycanın sürətli inkişafını təmin edən, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edən siyasətini dəstəkləyərək bu siyasətin davam etdirilməsinə səs vermişdir".

Millət vəkili bildirdi ki, bu dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə təkan verəcək: "Referendum mövcud qanunvericiliyinin tələblərinə uyğun, tam şəkildə demokratik və şəffaf şəkildə keçirilmişdir. Ölkəmizə gələn müxtəlif Beynəlxaq təşkilatların nümayəndələrinin fikirləri bunu deməyə əsas verir. ABŞ-nın "Artur-Filkenşteyn və Assosasiyası" şirkəti Vətəndaşların Əmək Hüqüqları Liqası ilə birlikdə referendumda keçirdiyi "Exit-pol"-un nəticələri göstərirki əhali konstitutsiya dəyişiklərinə böyük dəstək verib. Avropa Xalq Partiyası Referendumun beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini bildirib. Fransanın "Opinion Way" Tətqiqatlar İnstitunun "Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi" ilə birlikdə apardığı "Exit-Pol"-un nəticəsidə bunu sübut edir.

Konstitutsiyaya edilən əlavə və dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir. Bu dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirməsinə, qeyri-neft sektorunun birinci növbədə kənd təsərüfatının ənənəvi sahələrinin inkişafına , dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin dahada yaxşılaşdırılması məqsədi ilə yeni sosial lahiyələrin yerinə yetirilməsinə təkan verəckdir.

Referendumun uğurla başa çatması münasibəti ilə bu referendumun təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.