Sergey Lebedev: "Referendumun nəticələri Azərbaycan xalqının real iradəsini əks etdirir"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Konstitusiyasına çıxarılmış dəyişikliklər üzrə referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib.

Onun sözlərinə görə, referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir.

S.Lebedev xatırladıb ki, referendumda işləyən MDB-nin müşahidəçi missiyası referendumu legitim, şəffaf, demokratik hesab edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.