İƏT: "Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif mədəniyyətlərin bir araya gətirilməsində vacib məkana çevrilib"
Day.Az представляет новость на азербайджанском языке
Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif dinlərinin və mədəniyyətlərinin nümayəndələrinin bir araya gətirilməsi üçün vacib məkana çevrilib".
Day.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum çərçivəsində panel müzakirələri zaman İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif deyib.
O bildirib ki, Forumda dünyanı narahat edən vacib məsələlər müzakirə edilir, çox mühüm görüşlər keçirilir.
H.Yussif əlavə edib ki, dünyada münaqişələrin ədalətli həlli tapılmadan sülhün bərqərar olması mümkünsüzdür: "Bu baxımdan bu məsələləri müzakirə etmək üçün bu cür forumların keçirilməsi vavibdir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре