Əli Həsənov: "İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır"

Day.Az представляет новость на азербайджанском языке

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılması təşəbbüsünü ilk dəfə Azərbaycan dövləti irəli sürüb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zaman deyib.

Ə.Həsənov qeyd edib ki, İƏT-in Tehran toplantısında çıxış etdim və təklif irəli sürdüm ki, Azərbaycan dövləti bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə hazırdır, təşkilatın gələcək katibliyinin Bakıda yerləşdirilməsinə də biz hazırıq:

"İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır. Bugünkü konfransdan sonra konfransın niyyət protokolunu, konfrans iştirakçıları adından müraciəti İƏT-in katibliyinə göndərəcəyik, islam ölkələrinin mətbuat və informasiya nazirlərinə ünvanlayacağıq. Düşünürük ki, 2017-ci ildə Bakıda bu Assosasiyanın ilk təsis konfransını keçirək və onun katibliyini yaradaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.