https://news.day.az/azerinews/827737.html Bakıda mağaza sahibini güllələyən şəxs tutuldu - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakıda mağaza sahibini güllələyən şəxs tutuldu - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Azərbaycanca, 5 октября 2016 17:22 (UTC +04:00) 1 254
Bakıda mağaza sahibini güllələyən şəxs tutuldu

Day.Az представляет новость на азербайджанском языке

---------
17:22

Bakıda mağaza sahibinin güllələnməsi ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb. Milli.Az-a daxil olan məlumatda deyilir:

"Paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü "isti izlər"lə açılıb.

Belə ki, okyabrın 4-də, saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilin, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil verib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir".

----------
11:57

Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyidi qəsəbə ərazisindəki mağazalardan birində tapılıb.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və ondan hadisə törədilərkən istifadə edilmiş "TOZ-16" markalı tüfəng və 2 ədəd patron götürülüb.

----------
09:37

Bakıda qətl törədilib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində yerləşən mağazalardan birində qeydə alınıb. Bakı şəhər sakini, 38 yaşlı Rauf Cəbrayılov aralarında yaranmış münaqişə zəminində mağazanın sahibi, 47 yaşlı Zakir Məcidovu güllələyib. Nəticədə Z.Məcidov aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən R. Cəbrayılov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости