Məzahir Pənahov: "Referendum lazımi səviyyədə təşkil edilib"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsi (referendum) lazımi səviyyədə təşkil edilib.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

M.Pənahov bildirib ki, aşağı seçki komissiyaları operativ şəkildə fəaliyyət göstərib və seçiciləri məlumatlandırıb:

"Hər bir Azərbaycan ailəsində Konstitusiyaya dəyişikliklərin mətni var idi və hər bir ailənin Referendum Aktı ilə tanış olmaq imkanı yaranmışdı. Azərbaycan seçicisi artıq öz hüquqlarını yaxşı bilir".

MSK sədri qeyd edib ki, ilk dəfə idi mətbuat da referendumda hər hansı xoşagəlməz hadisə qeydə almayıb: "Ümumiyyətlə, referendumda hər hansı bir qanun pozutusu qeydə alınmayıb".

M.Pənahov bildirib ki, polis əməkdaşlarının seçkilər zamanı asayişin təmin edilməsi istiqamətində fəaliyyəti də yüksək qiymətləndirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.