6 seçki məntəqəsinin seçki komissiyaları buraxıldı
Day.Az представляет новость на азербайджанском языке
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyalarının buraxıldığı bildirilib.
Trend-in məlumatına görə, səsvermənin təşkilində yol verilmiş nöqqsanlara görə 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyaları buraxılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре