https://news.day.az/azerinews/848802.html Səməd Seyidov: "Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb"

Səməd Seyidov: "Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb"

Azərbaycanca, 9 декабря 2016 14:06 (UTC +04:00) 1 063
Səməd Seyidov: "Ermənistan hər zaman AŞPA çərçivəsində görüşdən boyun qaçırıb"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan tərəfi çoxdan AŞPA çərçivəsində erməni nümayəndə heyəti ilə görüşə hazırlığını ifadə edib, lakin Ermənistan hər zaman bundan boyun qaçırıb".

Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov qurumun tərəflərin görüşünün keçirilməsi barədə təklifini şərh edərkən deyib:

"Azərbaycan tərəfi bu görüşün keçirilməsində təkid edib, lakin ermənilər deyirlər ki, ATƏT Minsk qrupu formatında görüşlər keçirilirsə, Avropa Şurası çərçivəsində danışıqlara ehtiyac yoxdur".

S.Seyidovun sözlərinə görə, AŞPA nümayəndə heyətləri arasında, eləcə də Dağlıq Qarabağ icmalarının rəhbərləri arasında görüşlər münaqişə ilə bağlı vəziyyətə daha yaxından baxmağa imkan verərdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости