22 il bundan əvvəl ölən aktyor "dirildi" - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
"Grand Moff Tarkin" obrazını yeni çəkiləcək "Star Wars" filmində canlandırmaq üçün xüsusi texnikanın köməyindən istifadə edilib. 2016-cı ilin son həftələrində kinoteatrlarda yayımına start veriləcək "Rogue One: A Star Wars Story" filmində kinonun tanış simalarına da yer ayrılıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bu üsulun necə reallaşdırılacağıyla bağlı vizual görüntülər də paylaşılıb.
Saqanın ilk filmlərində Dart Veyderin müttəfiqi və Ölüm Ulduzunun komandiri Grand Moff Tarkinin bu filmdə də necə oynadığı açıqlandı.
Bu xarakteri canlandıran aktyor Peter Kuşinq 1994-cü ildə həyatını itirdiyi üçün həmin obrazı Qay Henri canlandırıb. Xüsusi effektlər sayəsində Kuşinqin siması yeni aktyora əks etdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре