https://news.day.az/azerinews/871002.html Azay Quliyev Vyanaya gedir

Azay Quliyev Vyanaya gedir

Azərbaycanca, 20 февраля 2017 17:59 (UTC +04:00) 919
Azay Quliyev Vyanaya gedir

Day.Az представляет новость на азербайджанском языке

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə A.Quliyevin "Tvitter" hesabından yaydığı məlumatda deyilir.

ATƏT PA-nın rəsmi saytında verilən məlumata görə, qış sessiyasında ilk olaraq Daimi Komitənin iclası keçiriləcək. Plenar iclasda "Böhran dövründə insan hüquqlarının qorunması" mövzusunda xüsusi debat da təşkil olunacaq.

Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək.

Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости