https://news.day.az/azerinews/875383.html Almaniyada Türkiyə XİN rəhbərinin iştirakı ilə tədbir ləğv edilib

Almaniyada Türkiyə XİN rəhbərinin iştirakı ilə tədbir ləğv edilib

Azərbaycanca, 6 марта 2017 22:22 (UTC +04:00) 971
Almaniyada Türkiyə XİN rəhbərinin iştirakı ilə tədbir ləğv edilib

Day.Az представляет новость на азербайджанском языке

Almaniyanın Hamburq şəhərində yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilməli olan tədbiri ləğv edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, martın 7-də keçirilməsi nəzərdə tutulan tədbirdə nazir Türkiyədə prezident üsul-idarəsinin tətbiqi ilə bağlı çıxış etməli imiş.

Yerli hökumət  görüşün ləğvinə səbəb kimi zalda yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilmədiyini gətirib. Tədbirin digər məkanda keçirilib-keçirilməyəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl M.Çavuşoğlu Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə telefon danışığında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə tədbirlərin ləğvindən narahatlığını ifadə etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости