Çavuşoğlu: "Niderland hakimiyyəti Türkiyədən üzr istəməlidir"
Day.Az представляет новость на азербайджанском языке
"Niderland hakimiyyəti Türkiyədən yazılı üzr istəməlidir".
Day.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M. Çavuşoğlu deyib ki, ilk addım olaraq Niderlandın Türkiyədəki səfirinə Türkiyəyə dönməməsi tapşırılıb. Türkiyə xarici işlər naziri Niderlandla bağlı müvafiq cavab addımları atılacağını da vurğulayıb.
XXX
Niderland höküməti Türkiyədən rəsmi olaraq üzr istəməlidir, lakin düşünürəm ki, bu da yetərli olmayacaq.
Day.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Niderland rəsmilərinin mövqeyi yolverilməzdir. "Bu dərəcədə utanc verici hərəkətlərə hətta nasizm dövründə rast gəlinməyib".
Xarici işlər naziri bildirib ki, polis qadın nazirin qarşısında duraraq onun baş konsulluğa daxil olmasına mane olub. "Baş konsulluq Türkiyənin ərazisidir. Türkiyənin baş konsulunu diplomatik missiyanın binasından buraxmayıblar. Dinc etiraz aksiyasının üzvlərinə qarşı itlər buraxılıb".
Çavuşoğlu Ankaranın mütləq bu hadisələrə reaksiya verəcəyi və cavab tədbirləri görüləcəyini bildirib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре