9 yaşlı uşağı maşın vurub - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
22:52
----
Astarada piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Astara şəhəri ərazisində baş verib.
Astara şəhər sakini, 2009-cu il təvəllüdlü Ağayev Allahverdi İsrafil oğlu yolu keçmək istəyərkən onu avtomaşın vurub.
Yaralı sürücünün köməkliyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Şok vəziyyətində olan azyaşlıya ilkin yardım göstərilib. Onun vəziyyətinin stabilləşdiyi, əməliyyat olunacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
21:16
----
Astara şəhərində 9 yaşlı uşağı maşın vurub.
Day.Az report.az-a istinadən bildirir ki, Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan Rzazadə Allahverdi İsrafil oğlu evlərinin yaxınlığında avtomaşın tərəfindən vurularaq ciddi xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan yaralı ilkin tibbi müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре